AZ

«Azər-Türk Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

FED.az Azərbaycanın dövlət banklarından olan “Azər - Türk Bank”ın gəlir mənbələrini təqdim edir.

«Xalq Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

2024-cü ilin üçüncü rübünün nəticələrinə görə nəticələrinə görə, “Azər - Türk Bank”nın ümumi gəlirləri 106 milyon 466 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 11-ci yerdədir.

Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 51 milyon 610 min manatı və ya 48%-i kredit portfelinin gəlirlərindən formalaşıb.

Komissiya haqlarından isə 975 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 1%-i deməkdir.

Daha 12 milyon 648 min manat isə “Azər - Türk Bank”ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 12%-i.

Qiymətli kağızlar bazarına yatırımlar isə “Azər - Türk Bank”a 4 milyon 690 min manat gəlir təmin edib – ümumi gəlirlərin 4%-i.

Bunlardan əlavə “Azər - Türk Bank” başqa banklarda depozitlər və kreditlər də yerləşdirir və bunun nəticəsində üçüncü rüb ərzində 19 milyon 801 min manat gəlir əldə edib- ümumi gəlirlərin 19%-i.

Bank digər faiz və digər qeyri-faiz gəlirlərindən toplamda 16 milyon 742 min manat gəlir əldə edib başqa sözlə desək ümumi gəlirin 16%-i.

Ümumiyyətlə, “Azər - Türk Bank”ın ümumi gəlirlərində faiz gəlirləri 72%, qeyri-faiz gəlirləri 28% təşkil edir.

Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

51 610

48%

Komissiya haqları

975

1%

Valyuta əməliyyatlarından gəlirlər

12 648

12%

QK-a investisiyadan gəlir

4 690

4%

Digər banklara depozitlərdən gəlirlər

19 257

18%

Digər banklara kreditlərdən gəlirlər

544

1%

Digər faiz gəlirləri

564

1%

Digər qeyri-faiz gəlirləri

16 178

15%

 

 

 

CƏMİ GƏLİRLƏR

106 466

100%

Seçilən
19
14
fed.az

10Mənbələr