FED.az Azərbaycanın aparıcı banklarından biri, kiçik biznesin, xüsusilə aqrar sektorun və regionların kreditləşdirilməsində aktiv banklardan olan - “TuranBank”ın gəlir mənbələrini təqdim edir.
«AccessBank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2024-cü ilin üçüncü rübünün nəticələrinə görə nəticələrinə görə, “TuranBank”nın ümumi gəlirləri 81 milyon 419 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 12-ci yerdədir.
Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi 60 milyon 227 min manatı və ya bütün gəlirlərin 73%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 6 milyon 767 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 8%-i deməkdir.
“TuranBank”ın valyuta əməliyyatlarından gəlirləri 7 milyon 838 min manat olub, bütün gəlirlərinin 9%-i həcmində.
Əvəzində qiymətli kağızlar bazarına yatırımlardan 2 milyon 66 min manat əldə edib, bu ümumi gəlirlərin 3%-ni təşkli edir.
Əlavə 3 milyon 272 min manat və ya ümumi gəlirlərin 4%-ni isə “TuranBank”a başqa banklardakı depozitlər gətirib. Başqa banklardan kredit gəliri isə ümumi gəlirin 1%-i həcmində - 114 min manat olmuşdur.
Bank digər faiz və digər qeyri-faiz gəlirlərindən toplamda 1 milyon 135 min manat əldə etmişdir .
Ümumiyyətlə, “TuranBank”ın ümumi gəlirlərində faiz gəlirləri 82%, qeyri-faiz gəlirləri 18% təşkil edir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat | ||
Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri | 60 227 | 73% |
Komissiya haqları | 6 767 | 8% |
Valyuta əməliyyatlarından gəlirlər | 7 838 | 9% |
QK-a investisiyadan gəlir | 2 066 | 3% |
Digər banklara depozitlərdən gəlirlər | 3 272 | 4% |
Digər banklara kreditlərdən gəlirlər | 114 | 1% |
Digər faiz gəlirləri | 982 | 1% |
Digər qeyri-faiz gəlirləri | 153 | 1% |
|
| |
CƏMİ GƏLİRLƏR | 81 419 | 100% |