FED.az Azərbaycanın ən kiçik banklarından olan “Bank Avrasiya”nın gəlir mənbələrini təqdim edir.
«Bank Melli İran» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2024-cü ilin üçüncü rübünün nəticələrinə görə nəticələrinə görə “Bank Avrasiya”nın gəliri 13 milyon 54 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 21-ci yeri tutur.
Gəlirlərin ən çoxhissəsi 73% hissəsi - 9 milyon 452 min manatı kredit portfeli üzrə faizlərdən daxil olub.
Bankın ikinci böyük gəlir mənbəyi digər qeyri-faiz gəlirləridir - bu mənbə bankı 1 milyon 10 min manat və ya bütün gəlirlərin 8%-i ilə təmin edib.
Komissiya haqqı üzrə gəlirlər bütün gəlirlərin 4%-i həcmində formalaşıb – 541 min manat.
Bundan başqa valyuta əməliyyatlarından gəlirlər 309 min manat olub, bu bankın bütün gəlirlərinin 2%-i deməkdir.
Qiymətli kağızlar bazarına yatırımlar isə banka 150 min manat gəlir təmin edib – ümumi gəlirlərin 1%-i.
Daha 1 milyon 311 min manat və ya ümumi gəlirlərin 10%-ni “Bank Avrasiya” başqa banklara ayırdığı kreditlər və depozitlərdən əldə edib.
Son olaraq bank digər faiz gəlirləri üzrə 281 min manat yəni ümumi gəlirlərin 2%-i həcmində gəlir əldə edib .
Ümumiyyətlə, “Bank Avrasiya”nın gəlirlərinin 88%-i faiz, yalnız 12%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat | ||
Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri | 9 452 | 73% |
Komissiya haqları | 541 | 4% |
Valyuta əməliyyatlarından gəlirlər | 309 | 2% |
QK-a investisiyadan gəlir | 150 | 1% |
Digər banklara depozitlərdən gəlirlər | 965 | 7% |
Digər banklara kreditlərdən gəlirlər | 346 | 3% |
Digər faiz gəlirləri | 281 | 2% |
Digər qeyri-faiz gəlirləri | 1 010 | 8% |
|
| |
CƏMİ GƏLİRLƏR | 13 054 | 100% |