FED.az Azərbaycanın aparıcı banklarından olan “Premium Bank”ın gəlir mənbələrini təqdim edir.
«Kapital Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2024-cü ilin üçüncü rübünün nəticələrinə görə “Premium Bank”ın ümumi gəlirləri 36 milyon 974 min manat təşkil edib. Bu göstərici ilə bank ölkə sistemində banklar arasında 17-ci yerdədir.
Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 21 milyon 335 min manatı və ya 57%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 9 milyon 434 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 25%-i deməkdir.
Daha 3 milyon 304 min manat isə “Premium Bank”ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 8%-i. Bununla yanaşı, qeyd edək ki, “Premium Bank” Bakı Hava Limanında valyuta dəyişmə məntəqəsi olan iki bankdan biridir.
Bankın başqa banklara depozit yerləşdirməsi banka ümumi gəlirlərinin 5%-i həcmində - 1 milyon 691 min manat qazandırıb. Bankın digər faiz və digər qeyri-faiz gəlirləri isə 990 min manat olmuşdur başqa sözlə ümumi gəlirlərin 4%-i.
Qiymətli kağızlar bazarına yatırımlar banka 220 min manat başqa sözlə ümumi gəlirlərin 1%-i həcmində vəsait qazandırıb.
Ümumiyətlə, “Premium Bank”ın gəlirlərinin 66%-i faiz, 34%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat | ||
Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri | 21 335 | 57% |
Komissiya haqları | 9 434 | 25% |
Valyuta əməliyyatlarından gəlirlər | 3 304 | 8% |
QK-a investisiyadan gəlir | 220 | 1% |
Digər banklara depozitlərdən gəlirlər | 1 691 | 5% |
Digər banklara kreditlərdən gəlirlər | - | - |
Digər faiz gəlirləri | 977 | 3% |
Digər qeyri-faiz gəlirləri | 13 | 1% |
|
| |
CƏMİ GƏLİRLƏR | 36 974 | 100% |