EN

«Premium Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

FED.az Azərbaycanın aparıcı banklarından olan “Premium Bank”ın gəlir mənbələrini təqdim edir.

«Kapital Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

2024-cü ilin üçüncü rübünün nəticələrinə görə “Premium Bank”ın ümumi gəlirləri 36 milyon 974 min manat təşkil edib. Bu göstərici ilə bank ölkə sistemində banklar arasında 17-ci yerdədir.

Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 21 milyon 335 min manatı və ya 57%-i kredit portfelinin gəlirlərindən formalaşıb.

Komissiya haqlarından isə 9 milyon 434 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 25%-i deməkdir.

Daha 3 milyon 304 min  manat isə “Premium Bank”ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 8%-i. Bununla yanaşı, qeyd edək ki, “Premium Bank” Bakı Hava Limanında valyuta dəyişmə məntəqəsi olan iki bankdan biridir.

Bankın başqa banklara depozit yerləşdirməsi banka ümumi gəlirlərinin 5%-i həcmində - 1 milyon 691 min manat qazandırıb. Bankın digər faiz və digər qeyri-faiz gəlirləri isə 990 min manat olmuşdur başqa sözlə ümumi gəlirlərin 4%-i.

Qiymətli kağızlar bazarına yatırımlar banka 220 min manat başqa sözlə ümumi gəlirlərin 1%-i həcmində vəsait qazandırıb.

Ümumiyətlə, “Premium Bank”ın gəlirlərinin 66%-i faiz, 34%-i qeyri-faiz gəlirlərindən ibarətdir.

Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

21 335

57%

Komissiya haqları

9 434

25%

Valyuta əməliyyatlarından gəlirlər

3 304

8%

QK-a investisiyadan gəlir

220

1%

Digər banklara depozitlərdən gəlirlər

1 691

5%

Digər banklara kreditlərdən gəlirlər

-

-

Digər faiz gəlirləri

977

3%

Digər qeyri-faiz gəlirləri

13

1%

 

 

 

CƏMİ GƏLİRLƏR

36 974

100%

 

Chosen
16
3
fed.az

10Sources