Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqası, I Liqa və II Liqada həyata keçirdiyi “Ayın qolu” layihəsinin şərtlərini dəyişdirib.

Offsideplus.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Qaliblər artıq qurumun feysbuk səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Münsiflər heyəti aşağıdakı şəxslərdən ibarətdir:

1. Elxan Səmədov – Peşəkar Futbol Liqasının prezidenti

2. Fernandu Santuş – Milli komandanın baş məşqçisi

3. Tural Piriyev – Futbolun İnkişafı Fondunun icraçı direktoru

4. Volkan Üst – “CBC Sport” telekanalının baş direktoru

5. Cahangir Həsənzadə – AFFA-nın texniki direktoru

6. Ağasəlim Mircavadov – AFFA-nın Məşqçilər Komitəsinin üzvü

7. Nazim Əliyev – futbol mütəxəssisi

8. Nazim Süleymanov – futbol mütəxəssisi

9. Arif Əsədov – futbol mütəxəssisi

10. Aslan Kərimov – futbol mütəxəssisi

11. Mahmud Qurbanov – futbol mütəxəssisi