AZ

PFL “Ayın qolu” layihəsinin şərtlərini dəyişdirib

Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqası, I Liqa və II Liqada həyata keçirdiyi “Ayın qolu” layihəsinin şərtlərini dəyişdirib.

Apasport.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Qaliblər artıq qurumun feysbuk səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Münsiflər heyəti aşağıdakı şəxslərdən ibarətdir:

1. Elxan Səmədov – Peşəkar Futbol Liqasının prezidenti

2. Fernandu Santuş – Milli komandanın baş məşqçisi

3. Tural Piriyev – Futbolun İnkişafı Fondunun icraçı direktoru

4. Volkan Üst – “CBC Sport” telekanalının baş direktoru

5. Cahangir Həsənzadə – AFFA-nın texniki direktoru

6. Ağasəlim Mircavadov – AFFA-nın Məşqçilər Komitəsinin üzvü

7. Nazim Əliyev – futbol mütəxəssisi

8. Nazim Süleymanov – futbol mütəxəssisi

9. Arif Əsədov – futbol mütəxəssisi

10. Aslan Kərimov – futbol mütəxəssisi

11. Mahmud Qurbanov – futbol mütəxəssisi

Qeyd edək ki, səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

Avropa çempionatı: Millimiz yenə məğlub oldu

Arif Əsədov: “Neftçi” “Qarabağ”la mübarizə aparmağa hazır deyil”

Elçin Səmədli Türkiyə millisinin matçında

Azərbaycan Kuboku: "Neftçi" - "Difai" matçının təyinatları bəlli olub

"Çelsi"də ciddi itki

Seçilən
2
6
apasport.az

10Mənbələr