AZ

“Ayın qolu” layihəsinin şərtləri dəyişdi

Peşəkar Futbol Liqasının Misli Premyer Liqası, 1-ci liqa və 2-ci liqa yarışlarında həyata keçirdiyi “Ayın qolu” layihəsinin şərtləri dəyişdirilib.

İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən cəbər verir ki, qaliblər artıq PFL-in feysbuk səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

 

1. Elxan Səmədov – Peşəkar Futbol Liqasının prezidenti

2. Fernandu Santuş – Milli komandanın baş məşqçisi

3. Tural Piriyev – Futbolun İnkişafı Fondunun icraçı direktoru

4. Volkan Üst – “CBC Sport” telekanalının baş direktoru

5. Cahangir Həsənzadə – AFFA-nın texniki direktoru

6. Ağasəlim Mircavadov – AFFA-nın Məşqçilər Komitəsinin üzvü

7. Nazim Əliyev – futbol mütəxəssisi

8. Nazim Süleymanov – futbol mütəxəssisi

9. Arif Əsədov – futbol mütəxəssisi

10. Aslan Kərimov – futbol mütəxəssisi

11. Mahmud Qurbanov – futbol mütəxəssisi

Məlumatda bu da qeyd olunub ki, səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir.

Seçilən
3
6
idmanxeber.az

10Mənbələr