Bakı. Trend:
AMB-nin son proqnozlarına əsasən iqtisadi artımın ümumi ÜDM üzrə2024-cü ilə 3.9%, qeyri-neft ÜDM-i üzrə isə 6.5% olacağıgözlənilir.
BU barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.
Bildirilib ki, cari ilə qeyri-neft sektoru üzrə iqtisadi artımınəsas hərəkətverici qüvvəsinin ev təsərrüfatlarının və dövlətidarələrinin son istehlak xərcləri olacağı gözlənilir: “Oktyabrdaiqtisadi artım proqnozu cari ilin iyul proqnozu ilə müqayisədə2024-cü ilə 0.3 faiz bəndi, qeyri-neft sektoru üzrə 0.8 faiz bəndiyuxarı doğru reviziya edilmişdir. İqtisadi artımın 2024-cü iləyuxarı reviziyasının səbəbi ev təsərrüfatlarının (evtəsərrüfatlarının son istehlakının real artım tempi oktyabrproqnozu üzrə 4.4%, iyulda isə 4.1%) və dövlət sektoru üzrə sonistehlakın (dövlət idarələrinin son istehlakının real artım tempioktyabr proqnozu üzrə 7.9%, iyulda isə 6.6%) real artım tempinindaha yüksək olacağı gözləntisi ilə bağlıdır. 2025-ci ilə iqtisadiartım ümumi ÜDM üzrə 3.3%, qeyri-neft ÜDM üzrə isə 5.1% olaraqproqnozlaşdırılmışdır. İqtisadi artım proqnozu oktyabrda dahaöncəki proqnozla (iyul 2024) müqayisədə 2025-ci ilə 1.2 faiz bəndi,qeyri neft-sektoru üzrə isə 0.7 faiz bəndi yuxarı doğru reviziyaedilmişdir. 2025-ci ilin iqtisadi artım proqnozlarında yuxarıreviziya ev təsərrüfatı (ev təsərrüfatlarının son istehlakının realartım tempi oktyabr proqnozu üzrə 5.6%, iyulda isə 5.5%) və dövlətsektoru üzrə son istehlakın (dövlət idarələrinin son istehlakınınreal artım tempi oktyabr proqnozu üzrə 6.8%, iyulda isə 5.7%) realartım tempinin daha yüksək olacağı gözləntisi ilə bağlıdır.
Növbəti ildə iqtisadi artım üçün əsas risk qlobal resessiyagözləntiləri fonunda ixrac və xarici investisiyaların məhdudlaşmasıola bilər”.