2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiya hədəf diapazonu daxilində formalaşacaq və iqtisadi artımın davam edəcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabr ayında verdiyi proqnozlara görə, 2024-cü ildə ümumi ÜDM üzrə artımın 3.9%, qeyri-neft ÜDM-i üzrə isə 6.5% olacağı gözlənilir. Bu dövrdə qeyri-neft sektorunun əsas hərəkətverici qüvvəsi ev təsərrüfatlarının və dövlət idarələrinin istehlak xərcləri olacaq.
Oktyabr proqnozunda 2024-cü ilin iqtisadi artım proqnozu iyul ayında verilən proqnozla müqayisədə yuxarıya doğru reviziya edilib. ÜDM artım proqnozu 0.3 faiz bəndi, qeyri-neft ÜDM-i üzrə isə 0.8 faiz bəndi artırılıb. Bu artım, ev təsərrüfatlarının və dövlət sektorunun istehlak xərclərinin daha yüksək olacağı gözləntisi ilə bağlıdır. Məsələn, ev təsərrüfatlarının son istehlakının real artım tempi oktyabr proqnozu üzrə 4.4%, dövlət idarələrinin isə 7.9% olacaq.
2025-ci il üçün ümumi ÜDM-in artımı 3.3%, qeyri-neft ÜDM-i üzrə isə 5.1% olacaq. 2025-ci il üçün iqtisadi artım proqnozu da yuxarıya doğru reviziya edilib; əvvəlki proqnozla müqayisədə 1.2 faiz bəndi ümumi ÜDM üçün, 0.7 faiz bəndi isə qeyri-neft sektoru üçün artırılıb.
2025-ci ilin iqtisadi artımında yuxarı reviziya da, ev təsərrüfatlarının və dövlət sektoru istehlakının daha sürətli artım göstərəcəyi ilə bağlıdır. Ev təsərrüfatlarının istehlakının artım tempi oktyabr proqnozunda 5.6%, dövlət sektorunun isə 6.8% olaraq proqnozlaşdırılır.
Bununla yanaşı, 2025-ci il üçün iqtisadi artım üçün əsas risk qlobal resessiya gözləntiləri fonunda ixrac və xarici investisiyaların azalması ola bilər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta