2025-ci ilə iqtisadi artım ümumi ÜDM üzrə 3.3%, qeyri-neft ÜDM üzrə isə 5.1% olaraq proqnozlaşdırılıb. İqtisadi artım proqnozu oktyabrda daha öncəki proqnozla (iyul 2024) müqayisədə 2025-ci ilə 1.2 faiz bəndi, qeyri neft-sektoru üzrə isə 0.7 faiz bəndi yuxarı doğru reviziya edilib.
Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edilib ki, 2025-ci ilin iqtisadi artım proqnozlarında yuxarı reviziya ev təsərrüfatı (ev təsərrüfatlarının son istehlakının real artım tempi oktyabr proqnozu üzrə 5.6%, iyulda isə 5.5%) və dövlət sektoru üzrə son istehlakın (dövlət idarələrinin son istehlakının real artım tempi oktyabr proqnozu üzrə 6.8%, iyulda isə 5.7%) real artım tempinin daha yüksək olacağı gözləntisi ilə bağlıdır.
Bildirilib ki, növbəti ildə iqtisadi artım üçün əsas risk qlobal resessiya gözləntiləri fonunda ixrac və xarici investisiyaların məhdudlaşması ola bilər.
Fuad Mədətov
Fins.az