Ötən ay Cənubi Koreyanın cənubundakı Ceju adasına səfər edən Vyetnam turist qrupunun 38 nəfərindən xəbər alınmayıb."Yonhap"ın xəbərinə görə, mövzu ilə bağlı Ceju Turizm Təşkilatından açıqlama verilib.Açıqlamada noyabrın 14-də Vyetnamın Nha Trang şəhərindən Ceju adasına gələn 90 nəfərlik turist qrupundan 38 nəfərin noyabrın 17-də geri dönüş təyyarəsinə minmədiyi açıqlanıb.İtkin düşən vyetnamlı turistlərin harada olduğunu müəyyən etmək üçün başladılan istintaqın davam etdiyi öyrənilib.Jeju adasına gələnlər 30 günə qədər vizasız qala bilərlər. Vyetnamlı turistlərin vizasız adada qala biləcəyi qanuni müddət dekabrın 14-də başa çatacaq.Mənbə: AA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta