Ötən ay Cənubi Koreyanın cənubundakı Jeju adasına səfər edən Vyetnam turist qrupunun 38 nəfərindən xəbər yoxdur.
"Cebheinfo.az" xəbər verir ki, bunu "Yonhap" yazır. Mövzu ilə bağlı Jeju Turizm Təşkilatından açıqlama verilib.
Açıqlamada noyabrın 14-də Vyetnamın Nha Trang şəhərindən Jeju adasına gələn 90 nəfərlik turist qrupundan 38 nəfərin noyabrın 17-də geri dönüş təyyarəsinə minmədiyi açıqlanıb.
İtkin düşən vyetnamlı turistlərin harada olduğunu müəyyən etmək üçün araşdırma gedir.
Jeju adasına gələnlər vizasız 30 günə qədər qala bilərlər. Vyetnamlı turistlərin vizasız adada qala biləcəyi qanuni müddət dekabrın 14-də başa çatacaq.