AZ

Çox sayda turist adada itkin düşdü

Cənubi Koreyanın cənubundakı Jeju adasına səfər edən 38 turist itkin düşüb. Metbuat.az xəbər verir ki, Vyetnamdan olan turist qrupu gəzinti üçün adaya gəlib. Jeju Turizm təşkilatının açıqlamasına görə, Vyetnamın Nha Trang şəhərindən gələn turistlər 90 nəfərdən ibarət olub. Digərləri geri qayıtsa da, 38 nəfərin geri dönüş təyyarəsinə minmədiyi açıqlanıb. Məlumata görə, itkin düşən vyetnamlı turistlərin harada olduğunu müəyyən etmək üçün başladılan istintaq davam edir.

Qeyd edək ki, Jeju adasına gələnlər 30 günə qədər vizasız qala bilərlər. Vyetnamlı turistlərin vizasız adada qala biləcəyi qanuni müddət hələ başa çatmayıb.

Seçilən
3
1
metbuat.az

5Mənbələr