"Rusiya-Ukrayna danışıqları üçün heç bir əsas yoxdur".Missiya.Az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya müsahibəsində bildirib.
Kreml nümayəndəsi deyib ki, bir çox ölkələr Qətər də daxil olmaqla, danışıqlar üçün öz ərazilərini verməyə hazır olduqlarını bəyan edirlər.
“Həqiqətən də, əmirlik müxtəlif məsələlərdə vasitəçilik xidmətləri baxımından çox fəaldır və bunu effektiv şəkildə həyata keçirir. Həmçinin, Qətərlə ikitərəfli əlaqələrimiz əla inkişaf edir və biz Qətər də daxil olmaqla, bütün ölkələrə minnətdarıq", - Peskov vurğulayıb.
Zərintac MayisqızıMissiya.Az