AZ

Hələlik Rusiya-Ukrayna danışıqları üçün heç bir əsas yoxdur- Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Rusiya-Ukrayna danışıqları üçün heç bir əsas yoxdur. Vətəninfo.az xəbər verir ki , bu barədə o, “İzvestiya”ya məlumat verib.

“Hələlik danışıqlar üçün əsas yoxdur”, – Peskov nəşrə müsahibəsində deyib.

O qeyd edib ki, Qətər də daxil olmaqla, Rusiya-Ukrayna danışıqları üçün “bir çox ölkələr öz ərazilərini verməyə hazır olduqlarını bəyan edirlər”.

“Həqiqətən də, əmirlik müxtəlif məsələlər üzrə vasitəçilik səyləri baxımından çox fəaldır və bunu effektiv şəkildə həyata keçirir. Bundan əlavə, ikitərəfli münasibətlərimiz əla inkişaf edir və biz bütün ölkələrə, o cümlədən Qətərə minnətdarıq”, – Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte alyans ölkələrinin dekabrın 3-4-də Brüsseldə keçirilən alyansın xarici işlər nazirlərinin görüşündə Ukraynaya hərbi yardım göstərilməsi məsələsini müzakirə etmək niyyətində olduqlarını bildirmişdi. Eyni zamanda, Rutte əlavə edib ki, Kiyevin güc mövqeyindən sülh danışıqlarını necə apara biləcəyi məsələsi müzakirə edilməlidir.

Seçilən
61
50
veteninfo.az

10Mənbələr