AZ

Dövlət Turizm Agentliyinin rəsmisi: “Xocavəndin Tuğ kəndində şərab zavodu mövcuddur”

"Xocavənd rayonunun Tuğ kəndində qoruq yaradılıb. Bu kənddə Turizm İnformasiya Mərkəzi də yaradılacaq. Həmin mərkəzin içərisində şərab dequstasiyası məntəqəsi də mövcud olacaq".

Bunu Bizim.Media-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva bildirib.

G.Mustafayeva qeyd edib ki, Tuğda şərab zavodu mövcuddur:

"Dövlət Turizm Agentliyi tərəfindən bu zavodun bərpası və ətrafında abadlıq işləri həyata keçiriləcək.

Şərab hələlik satışa çıxarılmayıb. Onun həm ölkə daxilində satışı, həm də ixracı nəzərdə tutulub".

Məhərrəm Əliyev, Bizim.Media
 

Seçilən
230
5
bizim.media

10Mənbələr