Xocavənd rayonunun Tuğ kəndi işğaldan azad edildikdən sonra buradan toplanmış Xındoqnı üzüm sortlarından hazırlanan şərab bu gün ilk dəfə təqdim edilib.
Musavat.com xəbər verir ki, sözügedən şərabın təqdimatı bu gün Şamaxı şəhərində keçirilən II Şərab Festivalında baş tutub.
Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, Xındoqnı üzümündən indiyə qədər iki min litr şərab istehsal olunub.
Musavat.com