AZ

Harri Keynin davam edən "lənət"i

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniyanın "Bavariya" klubu İngiltərə millisinin futbolçusu Harri Keyni transfer etdikdən sonra titul qazana bilməyib.
Oxu.Az xəbər verir ki, Münhen təmsilçisi ötən gün ölkə kubokunun 1/8 final mərhələsində "Bayer"ə uduzaraq mübarizəni dayandırıb. Minimalhesablı qələbə qazanan leverkuzenlilər növbəti raunda adlayıblar.
"Bavariya" isə 31 yaşlı hücumçunu heyətinə qatdıqdan sonra titul qazanmaq üçün altıncı fürsəti əldən verib. "Bavariya" iki dəfə erkən mərhələdə Almaniya Kubokundan kənarlaşdırılıb, ötən ilin yayında Almaniya Superkuboku uğrunda matçda uduzub. Bundan başqa, 2023/2024-cü illər mövsümündə Bundesliqanı 3-cü pillədə bitirib və superkubok matçına vəsiqə qazana bilməyib. Eləcə də ötən mövsüm Çempionlar Liqasının yarımfinalında İspaniya "Real Madrid"inə məğlub olub.
Qeyd edək ki, 2023-cü ilin yayında İngiltərənin "Tottenhem" klubundan "Bavariya"ya keçən Harri Keyn karyerası ərzində heç bir kubok qazanmayıb.
Seçilən
2
50
oxu.az

10Mənbələr