Amerikanın "UnitedHealthcare" sığorta şirkətinin baş direktoru Brayan Tompson Nyu Yorkda güllələnib.
Teleqraf.com xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.
Hadisə Manhetten şəhərində şirkətin investorlar üçün konfrans keçirdiyi "Hilton" otelinin qarşısında baş verib. Mənbələrin məlumatına görə, naməlum maskalı şəxs 50 yaşlı Tomsonu vuraraq qaçıb. Kişi xəstəxanada dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi axtarır.
"UnitedHealthcare" ABŞ-da tibbi sığorta və əlaqəli xidmətlər göstərən ən böyük sığorta şirkətlərindən biridir. Fortune Global 500-də səkkizinci yeri tutan "UnitedHealth Group"un bir hissəsidir.
Müəllif: Arzu