AZ

Nyu Yorkda naməlum şəxs sığorta şirkətinin rəhbərini güllələyib

ABŞ-nin “UnitedHealthcare” sığorta şirkətinin baş icraçı direktoru, 50 yaşlı Brayan Tompson Nyu Yorkda güllələnib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “The New York Post” (NYP) polisdəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qətl dekabrın 4-də səhər saatlarında Manhettendəki “Hilton” hotelinin yaxınlığında baş verib.

Qeyd olunur ki, naməlum şəxs Tomsona atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Digər təfərrüatlar hələlik verilməyib.

Seçilən
36
12
nocomment.az

10Mənbələr