“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın son matçlardakı uğursuz nəticələrini şərh edib:
Publika.az xəbər verir ki, “mən heç vaxt soyuqqanlı olmamışam. Nə qədər ki, biz qalib gəldik, hər şey yaxşı idi. Amma biz uduzuruq, ona görə də hər şey dəyişdi”, – deyə ispan məşqçi bildirib.
Ondan “Liverpul”la matçda 6 barmağını göstərərək Premyer Liqa çempionluğuna işarə edən jest barədə də soruşublar. Joze Mourinyon da eyni şeyi etdiyini, üç barmağını göstərdikdən sonra qovulduğunu xatırladıblar. Qvardiola isə belə cavab verib:
“Ümid edirəm ki, bu mənim başıma gəlmir. Sizcə, Jose ilə mən eyniyik? O, cəmi üç titul qazanıb, mən isə altısını”.