AZ

Tramp: Rüsum - dünyanın ən gözəl sözüdür

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Amerikanın ən böyük ticarət tərəfdaşlarına əlavə rüsumlar tətbiq etmək planlarının qüvvədə olduğunu deyib.

Musavat.com xəbər verir ki, o, bu barədə NBC News-a müsahibəsində bildirib.

Tramp ABŞ-ın ən böyük ticarət tərəfdaşlarına idxal rüsumlarının tətbiqi ilə bağlı seçki vədini yerinə yetirəcəyini söyləyib:“Mən rüsumların böyük tərəfdarıyam, “rüsum” sözünü dünyanın ən gözəl sözü hesab edirəm. Düçünürəm ki, rüsumlar bizi zənginləşdirəcək. Rüsumlar düzgün istifadə olunduqda təkcə iqtisadiyyatda deyil, qeyri-iqtisadi sahələrdə də çox güclü alətdir”.

Eyni zamanda seçilmiş prezident bu cür tədbirlərin amerikalıların xərclərinə təsir etməyəcəyinə söz verməyib. Telekanal Trampın sözlərindən sitat gətirir: “Mən heç nəyə zəmanət verə bilmərəm. Mən hətta sabaha zəmanət verə bilmərəm”.

Bundan əvvəl o, yeni ehtiyat valyuta yaradacaqları və ya dollardan imtina edəcəkləri, BRİKS ölkələrinə 100 faiz ticarət rüsumu tətbiq edəcəyini bildirmişdi. Trampın sözlərinə görə, beynəlxalq ticarət üçün dolları əvəz etməyə çalışan istənilən ölkə “Amerika ilə vidalaşacaq”.

Noyabrın 25-də Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə, 2025-ci il yanvarın 20-də qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25 faiz rüsum tətbiq edəcəyini bəyan edib. Bundan əlavə, o, Çindən narkotik qaçaqmalçılığının ABŞ-a geniş miqyasda daxil olması ilə əlaqədar Çindən gələn bütün mallara 10 faiz əlavə rüsum tətbiq edəcəyini bildirib.

Musavat.com

Seçilən
10
2
musavat.com

10Mənbələr