1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Doktorantların və gənc tədqiqatçıların XXVII respublika elmi konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, akademik dürüstlük olarsa, akademik nailiyyətlər də daha yaxşı olacaq:
"Dürüst insan başqasının əməyini oğurlayıb, öz əməyi kimi təqdim etmirsə, bu, çox böyük akademik nailiyyətdir. Elm sahəsində dövlət tərəfindən, həqiqətən də, bir neçə vacib addım atılıb. Hazırda xaricdə 280-ə qədər azərbaycanlı dünyanın aparıcı universitetində doktorantura təhsili alır. Hər il 500 gənc xaricdə təhsilə göndərilir.
Bu il 20 faizə qədər gəncin doktorantura təhsili üçün xaricə göndərilməsi maliyyələşdiriləcək. Bu, o deməkdir ki, xaricdə təhsil alan doktorantların sayı artacaq".