1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp 20 yanvar 2025-ci ildə vəzifəyə başladığı gün 25-dən çox fərman və direktiv verməyi planlaşdırır.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, gələcək ABŞ lideri öz komandasına bildirib ki, 2016-2020-ci illərdəki ilk prezidentlik müddətinə nisbətən daha qısa müddətdə çoxlu fərman verməklə "böyük səs-küy" yaratmaq niyyətindədir. Agentlik xatırladır ki, hazırkı dövlət başçısı Co Bayden prezident vəzifəsinin ilk günündə 17 fərman imzalayıb və onların çoxu Tramp dövründə qəbul edilmiş müddəaların qüvvəsini dayandırıb.