Bakı,TurkicWorld
Türkiyənin Kahramanmaraş bələdiyyəsi 27 ədəd yük maşını alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Maşınlar müqavilə imzalandıqdan sonra 30 gün ərzində hissə-hissə təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 9 yanvar 2025-ci il tarixinə qədər “İsmetpaşa Mahallesi Azerbaycan Bulvarı 25 46100 Dulkadiroğlu/Kahramanmaraş” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.