AZ

Səkkiz ərəb ölkəsinin XİN başçıları Suriyada döyüş əməliyyatlarının dayandırılmasına çağırış ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Səkkiz ərəb ölkəsinin (Bəhreyn, Misir, İordaniya, İraq, Qətər, Livan, BƏƏ, Səudiyyə Ərəbistanı) xarici işlər nazirləri Suriya ərazisində bütün döyüş əməliyyatlarının dayandırılmasına çağırış ediblər.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İordaniyanın Əqəbə şəhərində keçirilən görüşün yekunlarına dair bəyanatda deyilir.
İordaniyanın Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə nazirlər Suriyada bütün döyüş əməliyyatlarının dərhal dayandırılmasının vacibliyini təsdiq ediblər.
Nazirlər həmçinin respublikada xaosun qarşısının alınması üçün Suriyanın dövlət institutlarının qorunub saxlanılmasına çağırış ediblər.
XİN başçıları Suriyanın təhlükəsizliyinə təhdid yaradan terrorizmə qarşı mübarizəyə sadiq qaldıqlarını təsdiq ediblər.
Seçilən
18
50
oxu.az

10Mənbələr