AZ

“Suriyalılar vətənlərinə könüllü, təhlükəsiz və şərəfli şəkildə qayıdır”, Ə.Yerlikaya

 

  Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya 2024-cü ilin ilk 11 ayında 121 min 695 suriyalının könüllü, təhlükəsiz və şərəfli şəkildə ölkələrinə qayıtdığını açıqlayıb.

  TBMM-də büdcə müzakirələri zamanı çıxışında Ə.Yerlikaya Suriyadan gələn qaçqınların dönüşünə diqqət çəkərək deyib: “Qayıdış beynəlxalq hüquqa və humanitar dəyərlərə uyğun olaraq həyata keçirilir, könüllü, təhlükəsiz, ləyaqətli və nizamlı qaydalarla.

  Dekabrın 8-də ölkələrinə qayıdan suriyalıların sayı 240 oldu. Suriyanın azad edilməsindən sonra - dekabrın 13-də isə bu rəqəm 1847-yə yüksəldi.

  İlin ilk 11 ayında 121 min 695 suriyalı könüllü, salamat və şərəfli şəkildə ölkələrinə qayıdıb. 2016-cı ildən bu yana qayıdanların ümumi sayı 738 mini keçib”.

  Türkiyənin Daxili işlər naziri sosial media hesabından verdiyi açıqlamada Türkiyədən qayıdan suriyalıların sayı ilə bağlı bu məlumatı da verib: "9 dekabrda 1259, ayında 10-da 1669, 11-ində 1293, 12-sində 1553, 13-ündə 1847 suriyalı qayıdıb. Miqrasiya idarəmiz insan hüquq və azadlıqlarına hörmət edir, mədəniyyətimizə uyğun şəkildə onları qoruyur, eyni zamanda ictimai asayiş və təhlükəsizliyini mühafizə anlayışı ilə vəziyyəti idarə edirik və belə də davam edəcəyik."

  Ə.Yerlikayanın yazdığına görə, Əsəd rejiminin devrilməsindən sonra Türkiyədəki 9-13 dekabr tarixlərində 7621 suriyalı ölkələrinə qayıdıb.



Seçilən
0
4
trt.net.tr

10Mənbələr