Çeçenistanın rəhbəri Ramzan Kadırov reklamlarında müsəlman qadınlara uyğun olmayan formada qızların yer aldığı gözəllik salonlarını bağlamağa çağırıb.
KONKRET.az xəbər verir ki, o, Telegram kanalında çeçen dilində müraciətlə video yayımlayıb.
O qeyd edib ki, salonlarda fotolar sosial şəbəkələrdə nümayiş etdirilir, orada modellər bədənin çılpaq ola bilməz hissələrini göstərir.
“İnsanları korlayan salonlar bağlanmalıdır”, – Kadırov vurğulayıb.