Çeçenistanın rəhbəri Ramzan Kadırov reklamlarında müsəlman qadınlara uyğun olmayan formada qızların yer aldığı gözəllik salonlarını bağlamağa çağırıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, o, Telegram kanalında çeçen dilində müraciətlə video yayımlayıb.
O qeyd edib ki, salonlarda fotolar sosial şəbəkələrdə nümayiş etdirilir, orada modellər bədənin çılpaq ola bilməz hissələrini göstərir.
"İnsanları korlayan salonlar bağlanmalıdır", - Kadırov vurğulayıb.