Çeçenistanın rəhbəri Ramzan Kadırov reklamlarında müsəlman qadınlara uyğun olmayan formada qızların yer aldığı gözəllik salonlarını bağlamağa çağırıb.
O, Telegram kanalında çeçen dilində müraciətlə video yayımlayıb.
Ramzan Kadırov qeyd edib ki, salonlarda fotolar sosial şəbəkələrdə nümayiş etdirilir, orada modellər bədənin çılpaq ola bilməz hissələrini göstərir.
"İnsanları korlayan salonlar bağlanmalıdır", - Kadırov vurğulayıb. (lent.az)