AZ

ABŞ Gürcü Arzusu Partiyasına qarşı yeni sanksiyalar tətbiq edir

Bazar ertəsi ABŞ bildirib ki, demokratiyanın pozulması səbəbindən Gürcüstanın hazırkı rəhbərlərinə qarşı sanksiyalar tətbiq etməyə "hazırlaşır".

Ötən həftə Vaşinqton Gürcüstan hökuməti ilə əlaqəli olan və demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan şəxslər üçün 20 yeni viza məhdudiyyəti tətbiq edib.

"Biz bitirməmişik, bizim yeni sanksiyalarımız var və yaxın həftələrdə tətbiq etməyə hazırlaşırıq", - brifinq zamanı Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Turan-ın sualını cavablandırarkən deyib.

"Biz demokratiyanın pozulması ilə bağlı Gürcü Arzusu Partiyasının hərəkətlərindən çox narahatıq", - Miller deyib, lakin detalları açıqlamaqdan çəkinib.

Millerin şərhləri bazar ertəsi Avropa İttifaqı seçkilərin yenidən keçirilməsi tələbilə etirazların yatırılması səbəbindən gürcü diplomatlara və hökumət məmurlarına viza məhdudiyyətləri tətbiq etmək qərarına gəldikdən sonra səslənib.

phrase_var_article.chosen
24
50
turan.az

10phrase_var_article.sources