AZ

Rəngli inqilab arzusu baş tutmayan Qərbin İNTİQAM PLANI – Gürcüstanı NƏ GÖZLƏYİR?

Avropa İttifaqı (Aİ) Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimi dayandırmaq qərarına gəlib.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 27 ölkənin xarici işlər nazirlərinin ilk iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimin dayandırılmasına dair razılığa gəldik", - o deyib.

K.Kallas Aİ-nin yaxın bir həftə ərzində quruma üzv ölkələrə müvafiq təklif verəcəyini və bundan sonra onu təsdiq etməli olacağını vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zurabişviliyə ƏLVİDA – Qərbin son ümidləri də PUÇ OLDU...


Bununla yanaşı, Kallas bildirib ki, Aİ ölkədə repressiya və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə qarşı şəxsi sanksiyaların tətbiqi barədə razılığa gələ bilməyiblər.

Kallas Macarıstan və Slovakiyanın Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyaların qarşısını aldığını təsdiqləyib. Lüksemburq və bir sıra digər ölkələr "Gürcü arzusu" Partiyasına qarşı sanksiyalara qarşı çıxış ediblər.

Qərb Gürcüstandan niyə qisas alır?

Qeyd edək ki, Qərbin Gürcüstanda növbəti rəngli inqilablar həyata keçirmək istəyi gürcü hakimiyyətinin müqaviməti nəticəsində baş tutmadı. Ölkədə keçirilən parlament və Prezident seçkilərinin nəticələrinə müxalifətin etiraz etməsinə rəğmən, “Gürcü arzusu” iqtidarı mövqelərini nəinki qoruyub saxladı, hətta daha da möhkəmləndirir. Bütün bunlar Qərbin rəngli inqilablar ssenarinin iflasa uğradığına işarədir.

Amma Qərb yenə də qisas planından əl çəkmir. Gürcüstan rəsmilərinə qarşı viza sanksiyası da bunun bariz göstəricisidir. Görünən qədərilə, Aİ başda olmaqla Qərb ölkələri Gürcüstan hökumətinə qarşı digər təzyiq və təsir metodlarını işə salmağı düşünür.

Növbəti addım nə olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, qarşıdakı dövrdə Qərb Gürcüstana qarşı müxtəlif sahələri əhatə edən növbəti sanksikyaları tətbiq edə bilər:

“Qərb dövlətləri, siyasi institutları və elitasının Gürcüstana münasibətinin dəyişməsi bir həqiqətdən xəbər verir. Bu da odur ki, demokratiya carçısı olaraq Qərbin özü demokratik normalara etinasız münasibət göstərir. Bununla da özlərinin qurduqları demokratik dəyərləri alt-üst edirlər.

Görünən odur ki, Qərb “demokratiya”nı başqa xalqlara zorakılıqla ixrac etməyə, onlara sırımağa meyllidir. Bu xüsusda yerli həyat spesifikasını nəzərə almırlar. Onlar Gürcüstan xalqını da başqa tərzdə düşünüb yaşamağa sövq etmək istəyirdi. Anlamaq istəmirlər ki, hər xalqın öz dəyərləri, yaşayış tərzi, dini təsisatları və s. var. Bununla bağlı gürcü xalqı öz prinsipial mövqeyini ortaya qoydu.

Bu da Qərbi narahat edir.

Belə olan halda onlar çarəsizlikdən Tiflislə diktat dililə danışır, zorla sanksiya rejimi tətbiq edirlər. Görünür, sonrakı mərhələdə də Qərb Gürcüstana qarşı indi həyata keçirdiyi metodları davam etdirəcək. Qarşıda ola bilsin ki, Tiflisə qarşı növbəti sanksiyalar tətbiq edilsin. Hansı ki, bu sanksiyalar da həyatın müxtəlif sferalarını əhatə edə bilər. Ancaq bütün hallarda Qərbin bu kimi addımlarla Gürcüstan hakimiyyətinə təzyiq göstərmək şansları yox dərəcəsindədir. Əksinə, bu kimi hərəkətlərilə Qərb özünün Gürcüstanda artıq çatlamış nüfuzunu daha da aşağı salacaq”.

Rüfət Sultan, Bizim.Media

phrase_var_article.chosen
2
50
bizim.media

10phrase_var_article.sources