AZ

Vedant Patel: "Biz gürcü xalqı ilə həmrəyik"

Çərşənbə günü ABŞ Dövlət Departamenti yenidən Gürcüstan xalqını açıq şəkildə dəstəkləyib və Gürcü Arzusu Partiyasının vəzifəli şəxslərinə qarşı yeni sanksiyalar barədə bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

"Dövlət katibi Blinkenin əvvəllər dediyi kimi, biz onları Gürcüstanda demokratiyanın pozulmasına görə cavab verməyə çağırmaq üçün əlavə tədbirlər, o cümlədən sanksiyalar hazırlayırıq", - gündəlik brifinqdə mətbuat katibinin müavini Vedant Patel bildirib.

Turan-ın “Gürcüstanın hakim partiyası getməkdə olan Bayden administrasiyasının bu sanksiyalarını rədd edir”  sualına Patel deyib: "Dörd-beş həftə ərzində çox şey ola bilər. Bu administrasiyanın hələ çox boş vaxtı var".

phrase_var_article.chosen
12
50
turan.az

10phrase_var_article.sources