Çərşənbə günü ABŞ Dövlət Departamenti yenidən Gürcüstan xalqını açıq şəkildə dəstəkləyib və Gürcü Arzusu Partiyasının vəzifəli şəxslərinə qarşı yeni sanksiyalar barədə bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.
"Dövlət katibi Blinkenin əvvəllər dediyi kimi, biz onları Gürcüstanda demokratiyanın pozulmasına görə cavab verməyə çağırmaq üçün əlavə tədbirlər, o cümlədən sanksiyalar hazırlayırıq", - gündəlik brifinqdə mətbuat katibinin müavini Vedant Patel bildirib.
Turan-ın “Gürcüstanın hakim partiyası getməkdə olan Bayden administrasiyasının bu sanksiyalarını rədd edir” sualına Patel deyib: "Dörd-beş həftə ərzində çox şey ola bilər. Bu administrasiyanın hələ çox boş vaxtı var".