AZ

İran XİN Suriyanın Tehrana olan borcunu təkzib etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran Xarici İşlər Nazirliyi Suriyanın Tehrana olan borcunu təkzib edib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə XİN sözçüsü İsmayıl Bəqai həftəlik brifinqdə danışıb.
O, çıxışında Suriyanın İslam Respublikasına olan borcundan söz açıb və Dəməşqin İrana olan borcunun 50 milyard dollarlıq rəqəminin çox şişirdildiyini deyib.
XİN sözçüsü onu da bildirib ki, İran və Suriya arasında bağlanan sazişlər, müqavilələr və anlaşma memorandumları hələ qüvvədə qalır.
Seçilən
24
50
oxu.az

10Mənbələr