İsmayıllıda yaşayış evi yanıb, bir nəfər yanıq xəsarəti alıb.
Ölkə.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Mücühəftəran kəndində qeydə alınıb.
Yanğın kənd sakini 1967-ci il təvəllüdlü İlahət Nurəhməd oğlu İbrahimova məxsus yaşayış evində baş verib.
Hadisə yerinə İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 160 kv.m olan yaşayış evi içərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı 1994-cü il təvəllüdlü Camal İlahət oğlu İbrahimov yüngül dərəcəli yanıq xəsarəti alıb.