İsmayıllıda yaşayış evi yanıb, bir nəfər yanıq xəsarəti alıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gecə rayonun Mücühəftəran kəndində qeydə alınıb.
Yanğın kənd sakini 1967-ci il təvəllüdlü İbrahimov İlahət Nurəhməd oğluna məxsus yaşayış evində baş verib.
Hadisə yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 160 k/m olan yaşayış evi içərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı 1994-cü il təvəllüdlü İbrahimov Camal İlahət oğlu yüngül dərəcəli yanıq xəsarəti alıb.