2024-cü ilin yanvar-oktyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,1% artaraq 1251,6 manat təşkil edib.
Bu barədə Bakı şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8% artaraq 993,2 manat təşkil edib.