AZ

Bakıda orta aylıq nominal əməkhaqqı 7,1%artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,1% artaraq 1251,6 manat təşkil edib.

Bu barədə Fins.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8% artaraq 993,2 manat təşkil edib.

Fuad Mədətov
Fins.az

Seçilən
2
15
fins.az

10Mənbələr