AZ

Bakıda 11 ayda orta əməkhaqqı 7 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 251,6 manat təşkil edib.

Bu barədə Korrespondent.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,1 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 % artaraq 993,2 manat təşkil edib.

Seçilən
3
15
korrespondent.az

10Mənbələr