Təyyarənin sərnişinlərindən 37-si Azərbaycan (23-ü həlak olub), 16-sı Rusiya (7-si həlak olub), 6-sı Qazaxıstan (hamısı həlak olub), 3-ü Qırğızıstan vətəndaşı (hamısı sağ qalıb) olub.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin müavini, qəzanı araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayevin iştirakı ilə Aktauda keçirilən mətbuat konfransında məlumat verilib.