AZ

Aktauda təyyarə qəzasında həlak olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.
 
Bu barədə Qazaxıstanın baş nazirinin müavini, qəzanı araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayevin iştirakı ilə Aktauda keçirilən mətbuat konfransında məlumat verilib.
 
Bildirilib ki, təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. Sağ qalanlar müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Yaralılar arasında vəziyyəti ağır olanlar var.
 
Mətbuat konfransında qeyd olunub ki, təyyarənin sərnişinlərindən 37-si Azərbaycan (23-ü həlak olub), 16-sı Rusiya (7-si həlak olub), 6-sı Qazaxıstan (hamısı həlak olub), 3-ü Qırğızıstan vətəndaşı (hamısı sağ qalıb) olub.
 
O da bildirilib ki, 5 ekipaj üzvündən 2-si həlak olub, 3-ü sağ qalıb.
Seçilən
16
9
moderator.az

10Mənbələr