AZ

Qəzada ölən Azərbaycan vətəndaşlarının SAYI MƏLUM OLDU

Aktauda qəzaya uğrayan təyyarənin sərnişinlərindən 37-si Azərbaycan (23-ü həlak olub), 16-sı Rusiya (7-si həlak olub), 6-sı Qazaxıstan (hamısı həlak olub), 3-ü Qırğızıstan vətəndaşı (hamısı sağ qalıb) olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin müavini, qəzanı araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayevin iştirakı ilə Aktauda keçirilən mətbuat konfransında məlumat verilib.

 

Qeyd edək ki, ekipaj heyətinin də hamısı Azərbaycan vətəndaşıdır. 5 ekipaj üzvündən ikisi (pilotlar) həlak olub, 3 nəfər sağdır.

Seçilən
3206
2
sfera.az

10Mənbələr