AZ

Qazaxıstanın Bakıdakı Səfirliyində xatirə kitabı açılacaq

Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar saat 11:00-dan 17:00-a qədər adıçəkilən ölkənin Bakıdakı Səfirliyinin Nəcəfqulu Rəfiyev küçəsi 14 ünvanında yerləşən binasında xatirə kitabı açılacaq. 

Missiya.Az xəbər verir ki, bu barədə APA-ya səfirlikdən məlumat verilib. 

Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi dekabrın 25-də Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Seçilən
2
19
missiya.az

10Mənbələr