Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar saat 11:00-dan 17:00-a qədər adıçəkilən ölkənin Bakıdakı Səfirliyinin Nəcəfqulu Rəfiyev küçəsi 14 ünvanında yerləşən binasında xatirə kitabı açılacaq.
Bu barədə Gundem.az-a səfirlikdən məlumat verilib.
Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi dekabrın 25-də Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.