AZ

Qazaxıstanın Bakıdakı səfirliyində xatirə kitabı açılacaq

Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar saat 11:00-dan 17:00-a qədər adıçəkilən ölkənin Bakıdakı səfirliyinin Nəcəfqulu Rəfiyev küçəsi 14 ünvanında yerləşən binasında xatirə kitabı açılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi dekabrın 25-də Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb.

Seçilən
6
19
konkret.az

10Mənbələr