AZ

"HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq" - Lavrov

"HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumu çərçivəsində onlayn çıxışı zamanı deyib.

S.Lavrov qeyd edib ki, HƏMAS-ın Dohada yerləşən siyasi qanadı var, Moskva da məhz onlarla əlaqə saxlayır.

"Bu təmaslar girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə imkan verdi və İsrail buna müsbət reaksiya verdi", - nazir bildirib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
15
azpolitika.info

10Mənbələr