AZ

Lavrov: "HƏMAS terror aktı həyata keçirib"

"HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumu çərçivəsində onlayn çıxışı zamanı deyib.

S.Lavrov qeyd edib ki, HƏMAS-ın Dohada yerləşən siyasi qanadı var, Moskva da məhz onlarla əlaqə saxlayır.

"Bu təmaslar girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə imkan verdi və İsrail buna müsbət reaksiya verdi", - nazir bildirib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

"Cebhe.info"

Seçilən
126
15
cebheinfo.az

10Mənbələr