AZ

Lavrov: "HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq"

"HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumu çərçivəsində onlayn çıxışı zamanı deyib.

S.Lavrov qeyd edib ki, HƏMAS-ın Dohada yerləşən siyasi qanadı var, Moskva da məhz onlarla əlaqə saxlayır.

"Bu təmaslar girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə imkan verdi və İsrail buna müsbət reaksiya verdi", - nazir bildirib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.(report)

Seçilən
96
15
demokrat.az

10Mənbələr